Braziliyada koronavirusa daha 15 271 nəfər yoluxub


Dünya 20 İyl 2021 12:17:00 165 0

Braziliyada koronavirusa daha 15 271 nəfər yoluxub

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 15 271 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 391 845 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 542 nəfər ölüb, ölənlərin ümumi sayı 542 756 nəfər təşkil edir.