Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi FOTO


Şou-biznes 20 İyl 2021 10:41:00 145 0

Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi  FOTO

Britaniyalı məşhur müğənni Adel NBA-nın final seriyası matçında fotoqrafların obyektivinə tuş gəlib.

Son.az oxu.az-a istinadən bildirir ki, onun görünüşü sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

33 yaşlı məşhur Finiksdə keçirilən "Finiks Sans" və "Miluoki Baks" komandaları arasında görüşə baxmağa gedib.

O, qara şalvar-köynəkdə və uzun paltoda olub. Müğənninin imicini qara çanta və halqa sırğalar tamamlayıb.

Oxucuların bəziləri şərhlərdə onun görünüşünü tənqid ediblər:

"Əvvəllər onu çox sevirdim", "Basketbol oyunu üçün nə qədər gülünc bir geyim", "Çox çəki itirib və indi xəstə görünür".