Məşhur model ikinci dəfə ərə getdi FOTO


Şou-biznes 20 İyl 2021 10:05:00 127 0

Məşhur model ikinci dəfə ərə getdi  FOTO

Məşhur hollandiyalı model Lara Stounun ötən həftə sonu David Qrivson ilə toyu gerçəkləşib.

Son.az axşam.az-a istinadən bildirir ki, 36 yaşlı model lüks daşınmaz əmlak sahəsində işləyən David ilə 2018-ci ildən münasibətdədir. 2020-ci ildən nişanlı olan cütlük pandemiya səbəbindən toylarını ertələməli olmuşdu.

Lara Stoun toyunda "Tephi" markasından olan uzun libas geyinib. Mərasim İngiltərədə baş tutub. 

Qeyd edək ki, bu Lara Stounun ikinci evliliyidir. O bundan əvvəl aktyor Devid Uilyamsla evli olub. Cütlüyün Alfred adında oğlu var.