ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək


Dünya 20 İyl 2021 09:23:00 275 0

ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək

İyulun 23-ü ABŞ müdafiə naziri Lloyd Ostinin Vyetnam, Sinqapur və Filippinə səfəri başlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.

Məlumata əsasən, səfər zamanı Pentaqonun rəhbəri sözügedən ölkələrlə müdafiə sahəsində əlaqələri gücləndirmək üçün ölkə rəhbərliyi və yüksəkvəzifəli rəsmilərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, L.Ostin Sinqapurda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun keçirəcəyi mühazirələrdə də iştirak edəcək.