“Lyambda” ştammı artıq 30 ölkədə yayılıb


Dünya 20 İyl 2021 08:53:00 197 0

“Lyambda” ştammı artıq 30 ölkədə yayılıb

Koronavirusun mutasiya etmiş "Lyambda" ştammı da artıq 30 ölkədə yayılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Xəstəliklər Departamentinin texniki qrupunun rəhbəri Maria Van Kerxove bildirib.

Bu ştammın əsasən Amerikada yayıldığını vurğulayan ÜST rəsmisi deyib ki, "lyamda" bu ilin iyun ayının ortalarında təmsil etdiyi təşkilatın siyahısına alınıb.

Qeyd edək ki, koronavirusun bu növü ilk dəfə - 2020-ci ilin dekabrında Peruda aşkarlanıb.