Uşaqlarda kəkələmə


Digərləri 20 İyl 2021 08:31:00 161 0

Uşaqlarda kəkələmə

Kəkələmə danışarkən səslərin və ya hecaların istəməyərəkdən çətinləşərək uzanması və ya təkrarlanmasıdır.Bu zaman sözlər hecalara bölünərək uzanır,uşaq demək istədiyi sözü tələffüz edənə kimi gözünü qıpır.Kəkələyən uşaqlar fikirlərini izah etməyə çalışarkən onlar fiziki olaraq çətinlik çəkirlər.Bu zaman onlarda göz qırpma,dodaq və üz hərəkətləri,baş hərəkətləri,nəfəsalma davramışları,yumruq sıxma kimi hərəkətlər meydana çıxır.Bu davranışlar kəkələmənin uzanmasına və şiddətinə bağlı olaraq dəyişir.Mütəxəssislər kəkələmək haqqında aşağıdakı fikirləri söyləyirlər. Kəkələməyin əlamətləri ilk dəfə uşağın dil və danışıq üzvlərinin funksiyası inkişaf etməyə başladıqda meydana çıxmağa başlayır.Danışmağa başladığı zaman normal olub sonradan nitqində kəkələmək qüsuru olan uşaqlar nevroloji problemlər səbəbindən baş verir.Bu hər 100 uşaqdan 4-də baş verir.Nevroloji səbəblərdən meydana gələn kəkələmə əsasən 3-4 yaşlı uşaqlar arasında rast gəlinir.Həkimlər nevroloji səbəblərdən əmələ gələn kəkələmənin baş verməsində beyində baş verən patologiyalar,stress,çevrə və s. rol oynadığını söyləyirlər. Mütəxəssislər kəkələmənin ən çox 2-6 yaş arası adamlarda rast gəlindiyini söyləyirlər.Bu yaş dövrü isə azyaşlıların dil funksiyasının irəliləmə dövrü hesab edilir.Araşdırmalar kəkələmənin 5% uşaqlarda öz-özünə keçib getdiyini,1% insanlarda isə genetik olaraq meydana gəldiyini və daimi olduğunu qeyd edirlər. Kəkələmək məktəb yaşlarında olan uşaqlar üçün problemlər törədə bilir.Belə ki,məktəbli yaşında olan və sözlərini düzgün tələfüz edə bilməyən uşaq dərslərində fəal iştirak etməyə çətinklik çəkirlər.Uşaqlar sürətli düşdükləri üçün fikirlərini də sürətlə ifadə eməyə çalışırlar,amma,çətinlik çəkirlər.Bu isə onların əsəblərinə mənfi təsir edir. Mütəxəssislər bəzən basqı altında böyüyən uşaqların da kəkələdiyini söyləyirlər.Belə ki,nəzarət və basqı altında böyüyən uşaqlar daima gərginlik və qorxu içində yaşayırlar ki,bu da onların nitqində özünü biruzə verir. Kəkələməyə diaqnozun qoyulması çətinlik törətmir. Müalicə zamanı kəkələmənin hansı səbəblərdən meydana çıxdığı araşdırılmalı və əsas səbəb aradan qaldırılmalıdır. Kəkləmənin aradan qaldırılması üçün müalicə ilə yanaşı ətrafdakıların da uşağa qarşı diqqətli olması lazımgəlir.Belə ki,ərtafdakılar kəkələyən uşağa fikrini rahat söyləməyə imkan yaratmalı və onu tələsdirməməlidir.Ətrafdakılar uşağı səbirlə dinləməli və uşağın kəkələməyini onun üzünə vurmamalıdır.Belə uşaqları ələ salmaq,utandırmaq və sərbəst danışmağa zorlamaq olmaz.

Mill.Az