Bakıda qəssab ürəyindən yaralandı


Digərləri 20 İyl 2021 08:08:00 127 0

Bakıda qəssab ürəyindən yaralandı

Bakının Suraxanı rayonunda ehtiyatsızlıqdan bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

Xəlilov küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyev Zaur Eldar oğlu bıçağı "laqonda" ilə itiləyərkən bıçaq onun əlindən çıxaraq ürək nahiyəsinə batıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.