Oğuzda yol qəzasında iki nəfər xəsarət alıb


Digərləri 19 İyl 2021 23:34:00 166 0

Oğuzda yol qəzasında iki nəfər xəsarət alıb

Oğuz rayonunun Şirvanlı kəndində axşam saat 21 radələrində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, qəza zamanı iki nəfər - rayonun Bayan kənd sakini, 1987-ci il təvəllüdlü Urfan Məhəmməd oğlu Bayramov və Şirvanlı kənd sakini Şahlar Veysal oğlu Mahmudov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.