Əvvəlki dövrlərdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?


Digərləri 19 İyl 2021 22:55:00 129 0

Əvvəlki dövrlərdə artıq tutulmuş gəlir vergisi işçiyə qaytarılmalıdırmı?

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, buna görə də əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.