Bağdadda bazarda güclü partlayış baş verib: 25 nəfər ölüb, 47 nəfər yaralanıb


Dünya 19 İyl 2021 22:10:00 251 0

Bağdadda bazarda güclü partlayış baş verib: 25 nəfər ölüb, 47 nəfər yaralanıb

İraqın paytaxtı Bağdad şəhərində bazarda güclü partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 25 nəfər həlak olub, 47 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində olub.

Yerli hakimiyyət orqanları partlayışı terror aktı kimi dəyərləndirib.

Bildirilir ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.

Partlayışa görə məsuliyyəti hələki heç bir terror qruplaşması öz üzərinə götürməyib.