COVID19 pandemiyası nə zaman başa çatacaq?


Dünya 19 İyl 2021 22:15:00 133 0

COVID19 pandemiyası nə zaman başa çatacaq?

2021-ci ildə koronavirus pandemiyasını dayandırılmaq mümkün olacaq. Buna peyvəndlənmə kömək edəcək.

Son.az xəbər verir ki bu sözləri "Vektor" Elmi Mərkəzinin Yekaterinburq Virus İnfeksiyaları İnstitutunun rəhbəri Aleksandr Semyonov deyib.

O, bildirib ki, kəskin tənəffüs xəstəlikləri pandemiyası ümumiyyətlə iki-üç il davam edir: "Pandemiya bütün dünyanı iki il deyil, bir yarım ildir ki, ağuşuna alıb. Üç fəsildə dünya səviyyəsində kütləvi immunitet formalaşır, effektiv kütləvi peyvəndlənmə aparılmdığı zaman bu kifayətdir. Lakin məlumdur ki, vaksinasiya bütün dünyada aparılır. Bu halda ikinci ilin sonuna qədər pandemiyanı dayandırmaq mümkün olacaq", - açıqlamasında bildirib. (publika.az)