İsraildə COVID əleyhinə yeni dərman hazırlanır


Dünya 19 İyl 2021 21:59:00 164 0

İsraildə COVID əleyhinə yeni dərman hazırlanır

İsraildə koronavirus əleyhinə yeni dərman vasitəsi hazırlanır.

Son.az xəbər verir ki, onun özəlliyi tərkibində insanın kök hüceyrələrinin olmasıdır.

Dərman vasitəsi sınaqlarının birinci mərhələsi artıq başa çatıb. O, 90 faiz effektivlik əmsalı nümayiş etdirib.

Həkimlərin sözlərinə görə, kök hüceyrələri orqanizmdə zədələnmiş sahələri qısa müddətdə bərpa edərək, virusun fəsadlarını aradan qaldırmağa kömək edir.