Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub MN


Siyasət 19 İyl 2021 21:39:00 138 0

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub  MN

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.