Gürcüstan Azərbaycanla sərhədləri açmağı hədəfləyir


Digərləri 19 İyl 2021 21:15:00 121 0

Gürcüstan Azərbaycanla sərhədləri açmağı hədəfləyir

Azərbaycanın sərhədi açacağı ilk ölkələrdən birinin Gürcüstan olacağını hesab edirik.

Trend-in "Gürcüstan Biznesi"nə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Kvrivişvili deyib.

Onun sözlərinə görə, iki ölkə arasında sərhədlərin açılması mövzusunda danışıqlar aparılıb:

"Azərbaycanla danışıqlar yüksək səviyyədə aparılıb. Bilirsiniz ki, iki ölkə arasında çox yaxşı münasibətlər var və Azərbaycanın sərhədləri açdığı ilk ölkələrdən birinin Gürcüstan olacağını hesab edirik".