Yaponiya hökuməti mağazalardan 14 günlük karantin şərtlərini pozanlar barədə məlumat vermələrini xahiş edir


Dünya 19 İyl 2021 19:59:00 78 0

Yaponiya hökuməti mağazalardan 14 günlük karantin şərtlərini pozanlar barədə məlumat vermələrini xahiş edir

Mağazalar Yaponiyaya yeni gələn alıcıların pasportunu yoxlamalı və onların 14 günlük karantin rejimini pozmaları barədə məlumat verməlidirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya hökuməti bu barədə mağazalara xahişlə müraciət edərək, onlardan rüsumdan azad ticarət zamanı alıcıların pasportunu yoxlamağı tələb edib. Bildirilir ki, həmin göstərişə əsasən mağazalar alıcıların karantin qaydalarına əməl etmələrini təmin etmək üçün onların aldığı məhsullar barədə elektron məlumatı Milli Vergilər Agentliyinə təqdim etməlidir.

Yaponiya qanunvericiliyinə görə, bu ölkəyə gələn bütün əcnəbilər onların testinin mənfi nəticə göstərməsinə baxmayaraq, iki həftə ərzində özlərini təcrid etməlidirlər. Virusun daha təhlükəli ştamlarının müəyyən edildiyi ölkələrdən gələn səyyahlar isə karantində olduqları 14 gün ərzində əlavə test verməlidir.

Olimpiya Oyunlarının iştirakçılarına və digər qonaqlara gəlincə, onlar sərhəd nəzarətindən azad edilsələr də, Yaponiyada üç günlük karantin də daxil olmaqla bütün ehtiyat tədbirlərinə əməl etməlidirlər.

Qəzetin yazdığına görə, qaydaları pozan əcnəbilərə qarşı cərimələr, yaşama statusunun ləğv olunması və deportasiya kimi cəzalar tətbiq edilsə də karantin tələbləri tez-tez pozulur.

Hökumət mənbələrinin bildirdiyinə görə, Yaponiyaya gələrkən karantin dövründə qeyd etdikləri ünvanda özlərini təcrid edəcəklərini vəd edən şəxslər bir çox hallarda həmin yerdə tapılmırlar. Bildirilir ki, hər gün təqribən 300-dək şəxsin həmin qaydanı pozduğu aşkar edilir.

Səhiyyə Nazirliyi mağazaların operatorlarından qaydanı pozan əcnəbilər barədə məlumatı Əcnəbi Vətəndaşların Səhhətinin Monitorinqi Mərkəzinə göndərməyi xahiş edir. Həmin məlumatda əcnəbinin adı, milliyyəti və pasportunun nömrəsi əksini tapmalıdır.

Olimpiya Oyunları ilə əlaqəli qonaq karantin qaydalarını pozduqda isə, Yaponiya Səhiyyə Nazirliyi bu barədə məlumatı Oyunların təşkilat komitəsinə çatdırmalıdır.

Məlumat üçün qeyd edək ki, Yaponiyada səfərdə olan əcnəbilər rüsumsuz ticarət sisteminə müvafiq olaraq, 8-10 faiz istehlak vergisindən azaddırlar. Yaponiya Turizm Agentliyinin məlumatına görə, ölkədə təqribən 55 min mağaza rüsumdan azad məhsullar təklif edir.

İsti havalarda bu içkiləri içməyin!  Diyetoloq açıqladı like
  • 19 İyl 19:54  
Digərləri İsti havalarda bu içkiləri içməyin! Diyetoloq açıqladı

İstidə havalarda həmişəkindən daha çox maye içmək lazımdır. Bunun ü

arrow Ətraflı
Almaniya qaçqınlar üçün ən populyar istiqamətdir like
  • 19 İyl 19:49  
Dünya Almaniya qaçqınlar üçün ən populyar istiqamətdir

Almaniya, evlərini tərk edən və xilasetmə və ya təhlükəsiz bir həyat a

arrow Ətraflı
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Gənc Liderlər Forumu 2021i təşkil edəcək like
  • 19 İyl 19:44  
Digərləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qlobal Gənc Liderlər Forumu 2021i təşkil edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) 6-10 sentyabr 2021-ci il tarixind

arrow Ətraflı
Şəmkirdə bir nəfər su kanalında batıb like
  • 19 İyl 19:39  
Digərləri Şəmkirdə bir nəfər su kanalında batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Azərbaycanın mövqeyi beynəlxalq reytinqlərdə yüksəlməyə davam edir  FOTO like
  • 19 İyl 19:34  
Digərləri Azərbaycanın mövqeyi beynəlxalq reytinqlərdə yüksəlməyə davam edir FOTO

Azərbaycanın mövqeyi "Doing business 2020" hesabatında 6 pillə y

arrow Ətraflı
Türkiyə HHQ İraqın şimalında 5 PKK terrorçusunu məhv edib like
  • 19 İyl 19:20  
Dünya Türkiyə HHQ İraqın şimalında 5 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri "Pəncə Şimşək" əməliyyatı

arrow Ətraflı
Meyvə və tərəvəzlərin qabığı da faydalıdır like
  • 19 İyl 19:05  
Digərləri Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

Araşdırmalara görə, meyvə və tərəvəzlərrin qabığında ləti ilə mü

arrow Ətraflı
Ağdaşda qardaşını öldürən qıza hökm oxundu like
  • 19 İyl 19:00  
Digərləri Ağdaşda qardaşını öldürən qıza hökm oxundu

Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovan

arrow Ətraflı
Dağıstanda son bir ay ərzində üç kənd karantinə bağlandı like
  • 19 İyl 18:54  
Dünya Dağıstanda son bir ay ərzində üç kənd karantinə bağlandı

Rusiyanın Dağıstan Respublikasında son bir ay ərzində üç kənd koronavir

arrow Ətraflı
Tanınmışların bugünkü İnstaqram "macəraları"  Ən son paylaşımlar  FOTOlar like
  • 19 İyl 18:48  
Şou-biznes Tanınmışların bugünkü İnstaqram "macəraları" Ən son paylaşımlar FOTOlar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Ford Mustang, Mini Cooper, Fiat 500... like
  • 19 İyl 18:42  
Digərləri Ford Mustang, Mini Cooper, Fiat 500...

Britaniyanın  "Mini Cooper" avtomobilinin yaradıcısı Alek İssiqo

arrow Ətraflı