Ceyhun Bayramov Pakistan xalqına başsağlığı verib


Siyasət 19 İyl 2021 17:20:37 130 0

Ceyhun Bayramov Pakistan xalqına başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, nazir "Twitter" hesabında bildirib ki, Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər Azərbaycanı çox kədərləndirib: "Qəza qurbanlarına Allah rəhmət etsin, yaralılara isə şəfa versin. Qurbanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk".

Qeyd edək ki, Pakistanın şimal-şərqində, Pəncab əyalətinin Dera Qazi-Xan şəhərində avtobusla treylerin toqquşması nəticəsində 28 nəfər ölüb, 40-dan çox sərnişin yaralanıb.