Qadın sürücü avtomobili aşırdı, sərnişin öldü


Digərləri 19 İyl 2021 16:54:00 181 0

Qadın sürücü avtomobili aşırdı, sərnişin öldü

Cəlilabadda qadın sürücü avtomobili aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də saat 12 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində Bakı şəhər sakini Ş.Bağırova idarə etdiyi "Honda" markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Şölə Abdullayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.