Qurban ətinin paylanmasında xüsusi norma yoxdur Hacı Şahin


Digərləri 19 İyl 2021 16:58:00 104 0

Qurban ətinin paylanmasında xüsusi norma yoxdur  Hacı Şahin

Qurban bayramı cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yüksəlməsinə xidmət edir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, qurban ətinin paylanmasında xüsusi norma yoxdur:

"Qurban bayramı həcc ayinlərindən biridir. Həcc ziyarəti zamanı zəvvarların Mina çölündə qurban kəsməsi vacibdir. Amma həcc ziyarətində olmayan müsəlmanlara qurban kəsmək vacib deyil. Sadəcə, bəyənilən bir əməldir. Böyük fəziləti var. Allahın sevdiyi əməllərdən biridir. Qurban müsəlman tərəfindən üzü qibləyə bıçaqla kəsilməli, kəsilən zaman Allahın adı çəkilməlidir. Bu, qurbanın şəriət qaydalarıdır. Bu il qurbanlar xüsusi ayrılmış yerlərdə kəsiləcək. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qurbanın sanitar-gigiyenik normalar üzrə, Qafqaz Müsəlmanları İdarəsi isə şəriət qaydalarına uyğun kəsilməsinə nəzarət edəcək. Bunun üçün din xadimləri ayrılıb. Qurban ətinin ehtiyacı olan insanlara paylanılması məsləhətdir. Hər bir insan kəsdiyi qurbandan istənilən qədər pay ayıra bilər. Bunun üçün xüsusi bir məhdudiyyət yoxdur. Amma qurban əti elə bir normada verilməlidir ki, insanların ehtiyacını təmin etsin".

Din xadimi, həmçinin bildirib ki, Qurban bayramı həm də dərin fəlsəfi köklərə dayanan ayindir. Həzrəti İbrahim və Həzrəti İsmayılın adı ilə bağlıdır:

"Burada məcazi məhəbbətin həqiqi eşqə qurban getməsindən söhbət gedir. Biz hər gün nələrisə nə üçünsə qurban verməli oluruq və Qurban bayramı bizə qurban verən zaman doğru seçim etməyə istiqamətləndirir. Yəni, qurban ilahi hədəflər, mənəvi məqsədlər uğrunda insanın öz kiçik istəklərini fəda etməsindən ibarətdir. Bu, qurbanın mənəvi fəlsəfi tərəfidir. İctimai baxımdan isə Qurban bayramı yardımlaşmağı tələb edir, insanları bir-birinə yardım etməyə təşfiq edir. Cəmiyyətdə ehtiyacı olan insanlar var və hər bir zəngin insan ehtiyacı olanların halından xəbərdar olmalı, onlara yardım əlini uzatmalıdır. Qurban bayramı bu ənənənin cəmiyyətdə güclənməsinə xidmət edir".

Qadın sürücü avtomobili aşırdı, sərnişin öldü like
  • 19 İyl 16:54  
Digərləri Qadın sürücü avtomobili aşırdı, sərnişin öldü

Cəlilabadda qadın sürücü avtomobili aşırıb.

arrow Ətraflı
Sutka ərzində 6 nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb like
  • 19 İyl 16:48  
Digərləri Sutka ərzində 6 nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

arrow Ətraflı
Azərbaycanda qeyriadi toy: elə bir gəlinlik geyindi ki...  VİDEO like
  • 19 İyl 16:42  
Digərləri Azərbaycanda qeyriadi toy: elə bir gəlinlik geyindi ki... VİDEO

Vətən müharibəsi iştirakçısının toyundan sosial şəbəkədə yayılan

arrow Ətraflı
"Brent" neftinin qiyməti 72 dollardan aşağı enib like
  • 19 İyl 16:36  
Digərləri "Brent" neftinin qiyməti 72 dollardan aşağı enib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının

arrow Ətraflı
Fransada iki peyvəndləmə mərkəzi yandırılıb like
  • 19 İyl 16:30  
Dünya Fransada iki peyvəndləmə mərkəzi yandırılıb

Fransanın cənubunda yerləşən Bayonna şəhərində iki peyvəndləmə mərk

arrow Ətraflı
Peyğəmbərin karikaturasını çəkən müəllif öldü like
  • 19 İyl 16:18  
Dünya Peyğəmbərin karikaturasını çəkən müəllif öldü

Məhəmməd peyğəmbərin karikaturasını çəkməklə məşhur olan danimarka

arrow Ətraflı
BakıSumqayıt yolunda qəza  ölən var like
  • 19 İyl 16:00  
Digərləri BakıSumqayıt yolunda qəza ölən var

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeyd

arrow Ətraflı
İranda daha 213 nəfər COVID19dan öldü like
  • 19 İyl 15:54  
Digərləri İranda daha 213 nəfər COVID19dan öldü

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından

arrow Ətraflı
Hindistanda leysan 33 nəfərin ölümünə səbəb oldu like
  • 19 İyl 15:48  
Dünya Hindistanda leysan 33 nəfərin ölümünə səbəb oldu

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbauy şəhərinə yağan sel

arrow Ətraflı
"Vaksindən sonra allergiya yarandı" like
  • 19 İyl 15:42  
Şou-biznes "Vaksindən sonra allergiya yarandı"

Türkiyəli üğənni Demet Akalın koronovirus əleyhinə peyvənd vurdurduqdan

arrow Ətraflı
Rusiyada daha 719 nəfər koronavirusdan öldü like
  • 19 İyl 15:36  
Dünya Rusiyada daha 719 nəfər koronavirusdan öldü

Rusiya Federasiyasında ötən sutka ərzində yeni növ koronavirusdan (COVID-1

arrow Ətraflı
Qazilərlə əsgərlər görüşdü  VİDEO  FOTO like
  • 19 İyl 15:24  
Digərləri Qazilərlə əsgərlər görüşdü VİDEO FOTO

Əlahiddə Ümumqoşun Orduda əsgərlərin döyüş ruhunun və mənəvi-psixol

arrow Ətraflı
Şadlıq evinin sahibinə cinayət işi açıldı  8 restoran cərimələndi  Sumqayıtda  VİDEO  FOTO like
  • 19 İyl 15:18  
Digərləri Şadlıq evinin sahibinə cinayət işi açıldı 8 restoran cərimələndi Sumqayıtda VİDEO FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai nəq

arrow Ətraflı