Şadlıq evinin sahibinə cinayət işi açıldı 8 restoran cərimələndi Sumqayıtda VİDEO FOTO


Digərləri 19 İyl 2021 15:18:00 76 0

Şadlıq evinin sahibinə cinayət işi açıldı  8 restoran cərimələndi  Sumqayıtda  VİDEO  FOTO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbir həyata keçirilib.

Son.az xəbər verir ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur. Sumqayıt şəhərində polis əməkdaşlarının müvafiq dövlər orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində 8 şadlıq sarayında keçirilən toylarda karantin qaydalarının pozulduğu, yəni qonaqların say həddini aşdıqları, "İcazə.e-gov.az" portalından qeydiyyatdan keçmədikləri aşkar edilib. Həmin şadlıq evləri inzibati qaydada 4000 manat məbləğində cərimələniblər. "Love Palace" şadlıq sarayının sahibi vətəndaş Elçin Şahverdiyev isə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda, şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Bu şadlıq evləri cərimələndi like
  • 19 İyl 15:06  
Digərləri Bu şadlıq evləri cərimələndi

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qa

arrow Ətraflı
Avropa ölkələrində təbii fəlakət qurbanlarının sayı artır like
  • 19 İyl 15:00  
Dünya Avropa ölkələrində təbii fəlakət qurbanlarının sayı artır

Avropa ölkələrində tüğyan etmiş güclü leysan Avstriyada da ciddi fəsad

arrow Ətraflı
Qaz sayğaclarının ödənişsiz quraşdırılmasına dair AÇIQLAMA like
  • 19 İyl 14:50  
Digərləri Qaz sayğaclarının ödənişsiz quraşdırılmasına dair AÇIQLAMA

İstehlakçı məmnuniyyətinin qazanılması "Azəriqaz" İB qarşıs

arrow Ətraflı
Ağdamda evdə toy məclisi quranlar cərimələndi like
  • 19 İyl 14:44  
Digərləri Ağdamda evdə toy məclisi quranlar cərimələndi

Ağdam Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşların

arrow Ətraflı
Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayrıldı  SƏRƏNCAM like
  • 19 İyl 14:43  
Siyasət Tərtərdə yol tikintisinə 4,8 milyon manat ayrıldı SƏRƏNCAM

Tərtər rayonunun Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Kö

arrow Ətraflı
David Məmmədov Dövlət Neft Şirkətinin emal üzrə vitseprezidenti vəzifəsindən azad edilib like
  • 19 İyl 14:39  
Siyasət David Məmmədov Dövlət Neft Şirkətinin emal üzrə vitseprezidenti vəzifəsindən azad edilib

Prezident İlham Əliyev D.N.Məmmədovun Azərbaycan Respublikası Dövlət Nef

arrow Ətraflı
Futbolçu intihar etdi like
  • 19 İyl 14:38  
Dünya Futbolçu intihar etdi

Uruqvaylı futbolçu Uilyams Martines 39 yaşında ölüb.

arrow Ətraflı
Yol polisindən sürücülərə like
  • 19 İyl 14:32  
Digərləri Yol polisindən sürücülərə

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəl

arrow Ətraflı
Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitseprezidenti vəzifəsindən azad edildi like
  • 19 İyl 14:29  
Siyasət Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitseprezidenti vəzifəsindən azad edildi

Prezident İlham Əliyev T.R.Qəhrəmanovun Azərbaycan Respublikası Dövlət N

arrow Ətraflı
Bəhram Hüseynov vəzifəsindən azad edildi  Sərəncam like
  • 19 İyl 14:27  
Siyasət Bəhram Hüseynov vəzifəsindən azad edildi Sərəncam

Prezident İlham Əliyev B.B.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft

arrow Ətraflı
Dövlət Neft Şirkətinin vitseprezidenti vəzifəsindən azad edildi like
  • 19 İyl 14:23  
Siyasət Dövlət Neft Şirkətinin vitseprezidenti vəzifəsindən azad edildi

Prezident İlham Əliyev M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət N

arrow Ətraflı
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib like
  • 19 İyl 14:20  
Siyasət İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələ

arrow Ətraflı