Bəhram Hüseynov vəzifəsindən azad edildi Sərəncam


Siyasət 19 İyl 2021 14:27:00 149 0

Bəhram Hüseynov vəzifəsindən azad edildi  Sərəncam

Prezident İlham Əliyev B.B.Hüseynovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.