Çində meymun virusundan ilk ölüm faktı qeydə alınıb


Dünya 19 İyl 2021 13:24:00 112 0

Çində meymun virusundan ilk ölüm faktı qeydə alınıb

Çində B meymun virusuna ("Monkey B" - BV) yoluxan 53 yaşlı baytar vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ürəkbulanma və qusma şikayətlərindən 1 ay sonra onda yüksək temperatur və nevroloji simptomlar müşahidə olunub. Bir neçə xəstəxanada müayinə olunan şəxs mayın 27-sində həyatını itirib.

Ölümündən sonra aparılan araşdırmalar zamanı onun BV virusuna yoluxduğu təsdiqini tapıb.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, adı açıqlanmayan şəxs mart ayında ölmüş 2 meymun üzərində araşdırma apararkən virusa yoluxub. Bu, ölkədə B meymun virusundan ilk ölüm faktı kimi qeydə alınıb.