Əfqanıstan daha bir bölgəni “Taliban”dan azad edib


Dünya 19 İyl 2021 12:00:00 183 0

Əfqanıstan daha bir bölgəni “Taliban”dan azad edib

Əfqanıstanın hökumət qüvvələri daha bir bölgəni "taliban"-lardan azad edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Əfqanıstanın hökumət qüvvələri Parvan mərkəzi əyalətinin Surhu-Parsa bölgəsi üzrə nəzarəti bərpa edə bilib. 

Bildirilir ki, əməliyyat zamanı çox sayda silah-sursat qənimət olaraq ələ keçirilib. 

Nazirlik qeyd edib ki, "Taliban" hərəkatının döyüşçülərinin ələ keçirdiyi bölgələrin azad olunması ilə bağlı əməliyyatlar davam edir.