“Günə 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər” Fahişəliyə məcbur edilən qadın


Digərləri 19 İyl 2021 12:06:00 257 0

“Günə 10 kişi ilə cinsi əlaqədə olurduq, 50 lirə verirdilər”  Fahişəliyə məcbur edilən qadın

Xaçmaz rayonundan bir neçə qadını işləmək adı ilə aldadaraq Türkiyəyə apararaq fahişəliyə məcbur edən Aynurənin məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 62 yaşlı A.Quliyeva 2017-ci ilin iyun ayında Xaçmaz rayonu Xudat şəhərindəki evində kirayədə yaşayan Gülərə Türkiyənin Merzifon şəhərində iş təklif edib.

Gülər məhkəmədə ifadə verərək deyib ki, Aynurə ilə öncə Xaçmaz rayonunda çayxanada ofisiant işləyərkən tanış olub. Aynurə də həmin kafedə aşpaz işləyib: "Mənə dedi ki, həmin şəhərdə Cəmilə adlı tanışı var, fahişəliklə məşğul olur və buna görə də uşağına baxa bilmir. Mənə təklif etdi ki, Cəmilənin uşağına baxıb günə 10 manat pul alacağam. Mən də razılaşdım, birgə Merzifona getdik. Cəmilə uşağı mənim yanımda qoyub özü gecələr kişilərlə görüşməyə gedirdi. Sonra Aynurə Cəmilədən borca pul götürdü və qaytara bilmədiyi üçün o da fahişəliyə başladı. Bir müddət sonra Aynurə ilə ayrıca kirayə ev tutub birgə fahişəlik edib Cəmiləyə olan borcu yığıb qaytardıq".

Gülər ifadəsinin davamında qeyd edib ki, bir müddət sonra Aynurə Xaçmaza qayıdaraq kafelərin birində xadimə işləyən Rəvanə və Aygünü də özü ilə Türkiyəyə gətirib: "O qızları Yavuzun evinə apardı, onlardan xarici pasportları aldılar ki, itirməsinlər".

Rəvanə ifadəsində bildirib ki, Yavuzun evinə getdikdən sonra həmin şəxs ora bir neçə kişini dəvət edib: "Aynurə dedi ki, bu kişilərlə cinsi əlaqədə olmalısınız. Bizim ona 450 manat borcumuz var idi. Biz borcu ödəmək üçün gündə 8-10 kişi ilə əlaqədə olurduq. Amma Aynurə bizə 50 lirə verirdi".