Zakir Həsənov ordumuzun şəxsi heyətini təbrik edib


Digərləri 19 İyl 2021 11:50:00 68 0

Zakir Həsənov ordumuzun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik edib.

Son.az xəbər verir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı insanlar arasında bərabərliyin, birliyin daha da artırılmasının və eyni zamanda cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təntənəsinə çevrilib.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişdir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dövlətinin iqtisadi dayaqları möhkəmlənib. Ölkəmiz demokratik dövlət quruculuğu və dinamik inkişaf prosesində böyük nailiyyətlər qazanaraq, dünyada islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır.

Cənab Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayəsində Azərbaycan Respublikasının müdafiəsi və təhlükəsizliyinin təminatçısı olan ordumuz gündən-günə qüdrətlənir, dünyanın ən güclü orduları sırasında yer alır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində zəfər qazandı. Ali Baş Komandanın qətiyyəti, müdrik və uzaqgörən siyasəti, eyni zamanda ordumuzun vətənpərvər, peşəkar zabit və əsgərlərinin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda əzəmətlə, qürurla dalğalanır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəhidlərimizin valideynlərini və ailə üzvlərini, şəxsi heyəti bayram münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Vətənə, xalqa, orduya şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.

Sizi Qurban bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Qurban bayramı həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun".

Təranənin qızı həyat yoldaşından ayrıldı? like
  • 19 İyl 11:44  
Şou-biznes Təranənin qızı həyat yoldaşından ayrıldı?

Müğənni Təranə Qumralın ortancıl qızı da sosial şəbəkədə son vaxtl

arrow Ətraflı
Xərçəng musiqiçinin bütün bədəninə yayılıb like
  • 19 İyl 11:32  
Şou-biznes Xərçəng musiqiçinin bütün bədəninə yayılıb

1990 və 2000-ci illərin məşhur rok qrupu "Blink-182"nin vokalisti

arrow Ətraflı
Qurban hansı heyvanlardan kəsilməlidir və kimlərə paylanmalıdır? like
  • 19 İyl 11:26  
Digərləri Qurban hansı heyvanlardan kəsilməlidir və kimlərə paylanmalıdır?

Şamaxı Rəsədxanasının bizə təqdim etdiyi təqvimə əsasən, ayın 20-i

arrow Ətraflı
Həyətindən çətənə kolları, evindən isə qanunsuz silah aşkarlandı  FOTO like
  • 19 İyl 11:20  
Digərləri Həyətindən çətənə kolları, evindən isə qanunsuz silah aşkarlandı FOTO

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin i

arrow Ətraflı
Şarl Mişel Gürcüstana getdi like
  • 19 İyl 11:08  
Siyasət Şarl Mişel Gürcüstana getdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda rəsmi səf

arrow Ətraflı
"Şahsaray"da qeydiyyatsız toy edənlər cərimələndi  FOTO like
  • 19 İyl 11:02  
Digərləri "Şahsaray"da qeydiyyatsız toy edənlər cərimələndi FOTO

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy məra

arrow Ətraflı
Bakıda qadını motosiklet vurub like
  • 19 İyl 10:56  
Digərləri Bakıda qadını motosiklet vurub

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

arrow Ətraflı
Əmisi oğlunu öldürdü  Ağdamda qətl like
  • 19 İyl 10:44  
Digərləri Əmisi oğlunu öldürdü Ağdamda qətl

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

arrow Ətraflı
Toya görə daha 6 nəfər cərimələndi like
  • 19 İyl 10:38  
Digərləri Toya görə daha 6 nəfər cərimələndi

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının ra

arrow Ətraflı
Müdafiə naziri xidməti müşavirə keçirib like
  • 19 İyl 10:32  
Digərləri Müdafiə naziri xidməti müşavirə keçirib

İyulun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
İsmayıllıda toyda faciə  bəy, qardaşı bıçaqlandı, atası öldü like
  • 19 İyl 10:30  
Digərləri İsmayıllıda toyda faciə bəy, qardaşı bıçaqlandı, atası öldü

İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, b

arrow Ətraflı
Pişiyin ayağının kəsilməsinə görə kababçı cərimələnəcək?  VİDEO like
  • 19 İyl 10:24  
Digərləri Pişiyin ayağının kəsilməsinə görə kababçı cərimələnəcək? VİDEO

Sosial şəbəkələrdə "Sədərək" Ticarət Mərkəzində kafeləri

arrow Ətraflı
Laləyə qarşı seksual hərəkətlər edən sürücü bölməyə çağırıldı like
  • 19 İyl 10:18  
Digərləri Laləyə qarşı seksual hərəkətlər edən sürücü bölməyə çağırıldı

Xəbər verdiyimiz kimi, gənc aktrisa Lalə Süleymanova Bakıda taksidə seksu

arrow Ətraflı
Bakıda yeri görünən işıq dirəkləri: Qəzada aşmış dirəklər nə vaxt yerinə qoyulacaq?  FOTO like
  • 19 İyl 10:12  
Digərləri Bakıda yeri görünən işıq dirəkləri: Qəzada aşmış dirəklər nə vaxt yerinə qoyulacaq? FOTO

Bakının bir çox prospekt və küçələrində qəza zamanı aşmış işıq d

arrow Ətraflı