Şarl Mişel Gürcüstana getdi


Siyasət 19 İyl 2021 11:08:00 214 0

Şarl Mişel Gürcüstana getdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda rəsmi səfərdədir.

Son.az xəbər verir ki, bu, Avropa Şurası rəhbərinin bu il Gürcüstana üçüncü səfəridir. Avropalı diplomatı hava limanında Gürcüstan xarici işlər naziri David Zalkaliani və Avropa Birliyinin səfiri Karl Hartzeldən əlavə, mərhum operator Lekso Laşkaravanın fotoları qarşılayıb.

Şarl Mişelin saat 10:00-da Tiflisdəki 5-6 İyul hadisələri və avropalı vasitəçinin əvvəllər təklif etdiyi siyasi qüvvələr arasında razılaşmanı müzakirə etmək üçün Gürcüstan müxalifəti ilə görüşü planlaşdırılır.

Bundan əlavə, Avropa Şurasının rəhbəri Gürcüstan, Moldova və Ukrayna liderləri ilə birlikdə "əlaqəli üçlük" ölkələri arasında əməkdaşlığın inkişafına həsr olunmuş "Avropa Birliyinin Cazibə Gücü və Bölgənin Dəyişdirilməsi" beynəlxalq konfransında iştirak edəcəkdir. 

Təhməz Əsədov Son.az