Kamaləddin Qafarov: “ Qurban bayramı fəlsəfəsi fədakarlıq və insana sevgi örnəyidir”


Digərləri 19 İyl 2021 10:00:00 82 0

Kamaləddin Qafarov: “ Qurban bayramı fəlsəfəsi fədakarlıq və  insana sevgi örnəyidir”

"Qurban bayramı bütün İslam dünyasının ən müqəddəs iki bayramından biridir. Buna görə də bu bayram artıq bir neçə əsrdir ki, bütün müsəlman ölkələrində böyük coşqu ilə qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir. Hər il Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edən ölkə Prezidenti cənab İlham Əliyev bu müraciətlərindən birində belə demişdir: "Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir." 

Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qoruyub saxlayıb və bu günümüzə gətirib." Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. 

Millət vəkili bildirib ki, bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir: "Azərbaycan xalqı müqəddəs dinimizin humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib. Hələ sovet dönəmində, istənilən dini mərasimlərə qarşı ən ağır qadağaların hökm sürdüyü bir dövrdə də xalqımız Qurban bayramını qeyd etmişdir. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Son dərəcə təqdirəlayiq bir haldır ki, müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ən ali təzahürlərindən biridir.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar. Bu gün isə ölkəmizdə tarixən mövcud olan və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan nümunəvi birgəyaşayış mühiti Azərbaycan dövləti tərəfindən həyata keçirilən milli siyasət sayəsində daha da genişlənir, inkişaf edir və möhkəmlənir. Ölkəmizdə yaşayan çoxsaylı millətlərin etnik-mədəni müxtəlifliyinin qorunub saxlanmasına xidmət edən bu siyasət eyni zamanda da milli həmrəyliyin və birliyimizin ən yüksək səviyyədə mövcudluğunu təmin edir. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Öz çıxışlarının birində Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir". Həqiqətən də ölkəmizdə bütün xalqların və dini icmaların nümayəndələri tarixən dinc yanaşı yaşayıblar və bu ənənələr çoxəsrlik tarixə malikdir. Bu gün də bu tendensiya uğurla davam etdirilir."

Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, bu gün ölkəmizdə dini bayramlarla bağlı ənənələrin davamlılığı və inkişafı birbaşa siyasi varislik xarakteri daşıyır: "Müstəqil Azərbaycana əhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik edir, o cümlədən Qurban bayramını tez-tez məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Bu gün Azərbaycan artıq öz vətəndaşlarının köçkün statusuna son qoymuşdur. Lakin xalqı bayram münasibətilə təbrik etmək ənənəsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan etmişdi.

Azərbaycanda iyrənc olay: 8 uşaq atası bacısının nəvəsinə təcavüz etdi like
  • 19 İyl 09:54  
Digərləri Azərbaycanda iyrənc olay: 8 uşaq atası bacısının nəvəsinə təcavüz etdi

Samux rayonunda bacısının azyaşlı nəvəsinə qarşı seksual xarakterli h

arrow Ətraflı
Kəlbəcər işığa qərq oldu like
  • 19 İyl 09:48  
Digərləri Kəlbəcər işığa qərq oldu

Bildiyimiz kimi, Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş bölg

arrow Ətraflı
Toyotanın prezidenti olimpiadanın açılış mərasiminə qatılmaqdan imtina etdi like
  • 19 İyl 09:42  
Dünya Toyotanın prezidenti olimpiadanın açılış mərasiminə qatılmaqdan imtina etdi

Tokio olimpiadasının əsas sponsorlarından biri olan Yaponiyanın ən böyük

arrow Ətraflı
Fərhad Mollazadə və Səlim Əlizadənin məhkəməsi başlayır like
  • 19 İyl 09:30  
Digərləri Fərhad Mollazadə və Səlim Əlizadənin məhkəməsi başlayır

Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Mo

arrow Ətraflı
Qadın intiqam məqsədi ilə maşınla 49 dəfə qırmızı işıqdan keçdi like
  • 19 İyl 09:24  
Dünya Qadın intiqam məqsədi ilə maşınla 49 dəfə qırmızı işıqdan keçdi

Çinin Çjentsyan vilayətində "Audi" markalı avtomobil bir neçə g

arrow Ətraflı
"Gey" sözünə görə məhkəməyə verdi  5 min təzminat istəyir like
  • 19 İyl 09:18  
Şou-biznes "Gey" sözünə görə məhkəməyə verdi 5 min təzminat istəyir

Menecer Özgür Aras Nurseli İdizi məhkəməyə verib.

arrow Ətraflı
Bir həyətdə iki minik avtomobili, 33 paltaryuyan maşın və soyuducu yandı like
  • 19 İyl 09:12  
Digərləri Bir həyətdə iki minik avtomobili, 33 paltaryuyan maşın və soyuducu yandı

Ucar rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları, ta

arrow Ətraflı
Kobmarket məhsulları xarici bazarlara çıxarılacaq  KOBİA like
  • 19 İyl 09:10  
Digərləri Kobmarket məhsulları xarici bazarlara çıxarılacaq KOBİA

Bir ay əvvəl işə başlayan Azərbaycanın www.kobmarket.az portalında yerl

arrow Ətraflı
Komada olan müğənninin vəziyyəti getdikcə pisləşir like
  • 19 İyl 09:06  
Şou-biznes Komada olan müğənninin vəziyyəti getdikcə pisləşir

Uzun müddətdir komada olan müğənni MakSimin səhhəti hər gün daha da pis

arrow Ətraflı
Azərbaycansayağı borşun resepti like
  • 19 İyl 08:55  
Digərləri Azərbaycansayağı borşun resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Göz torbalarını aradan qaldırmaq üçün effektiv üsullar like
  • 19 İyl 04:57  
Digərləri Göz torbalarını aradan qaldırmaq üçün effektiv üsullar

Göz torbaları aradan qaldırmaq üçün effektiv üsullar

arrow Ətraflı
"Ərimdən ayrılmağa Sevda yox, başqa qadın səbəb idi"  Əməkdar artist like
  • 19 İyl 03:55  
Şou-biznes "Ərimdən ayrılmağa Sevda yox, başqa qadın səbəb idi" Əməkdar artist

Əməkdar artist Rühəngiz Musəvi həyat yoldaşının ondan sonra müğənni

arrow Ətraflı
"Kırmızı oda"nın Mitrası çimərlikdə paparassilərə hədəf oldu  FOTO like
  • 19 İyl 01:58  
Şou-biznes "Kırmızı oda"nın Mitrası çimərlikdə paparassilərə hədəf oldu FOTO

"Kara Sevda" serialı ilə məşhurlaşan Melisa Aslı Pamuk yeni sevg

arrow Ətraflı