Xaçmazda 61 yaşlı kişi dənizdə batıb


Digərləri 18 İyl 2021 23:39:00 146 0

Xaçmazda 61 yaşlı kişi dənizdə batıb

Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər batıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Xaçmazın Niyazabad kəndi ərazində qeyd alınıb.

1959-cu il təvəllüdlü Talıbov Sədulla Cəfər oğlu dənizdə çimərkən boğulub. Onun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.