Toyda kütləvi zəhərlənmə


Digərləri 18 İyl 2021 23:25:00 198 0

Toyda kütləvi zəhərlənmə

Bərdədə baş tutan toy mərasimlərindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, həyətdə baş tutan toy mərasimində 20-yə yaxın şəxs qidadan zəhərlənib. 

Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.