Nigeriyada baş vermiş avtoqəzada 14 nəfər ölüb


Dünya 18 İyl 2021 23:30:00 121 0

Nigeriyada baş vermiş avtoqəzada 14 nəfər ölüb

Nigeriyanın Osun ştatında baş vermiş yol qəzası nəticəsində 14 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə yerli "Punch" qəzeti rəsmi qurumlara istinadən məlumat yayıb.

Məlumata görə, iki avtomobilin toqquşması nəticəsində ölənlərdən dördü uşaqdır, daha dörd nəfər isə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya səbəb sürücülərin ehtiyatsızlığı olub.