Bina tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi hansılardır?


Digərləri 18 İyl 2021 23:00:00 158 0

Bina tikintisi ilə məşğul olan şəxslərin vergi öhdəliyi hansılardır?

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Sözügedən fəaliyyətlə ilə məşğul olan şəxslərin inşa etdiyi binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir.