Yemiş tumlarını atmayın 5 faydası


Digərləri 18 İyl 2021 22:40:00 293 0

Yemiş tumlarını atmayın  5 faydası

Qarpız və yemiş yayın ən sevimli sərinləşdirici meyvələrindən hesab edilir. Yemişin tumlarını qurutmaq və müxtəlif müalicəvi məqsədlərlə istifadə etmək olar.

Bəs yemiş tumlarının hansı faydaları var?

Son.az bu faydaları təqdim edir:

- Prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, kişi cinsiyyət sistemi xəstəliklərinin qarşısını almağa kömək edir. Bu məqsədlərlə tumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul etmək lazımdır.

- Bronxları yaxşı təmizləyir, öskürəyi azaldır, xroniki öskürək zamanı kömək edir. Üyüdülmüş tumları 1:8 nisbətində su ilə yaxşı qarışdırın, süzün və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edin.

- Qanda şəkərin səviyyəsini tənzimləyir, qurdqovucu təsirə malikdir. /medicina.az