Prezident İlham Əliyev: Regionun 4 ölkəsi kommunikasiyaların açılmasına güclü dəstək verir, Ermənistandan müsbət cavab almalıyıq


Siyasət 18 İyl 2021 22:02:00 45 0

Prezident İlham Əliyev: Regionun 4 ölkəsi kommunikasiyaların açılmasına güclü dəstək verir, Ermənistandan müsbət cavab almalıyıq

Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında Day.az informasiya agentliyinin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

"Müasir magistral yollar - yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu, həqiqətən də onu göstərir ki, biz infrastruktura böyük sərmayə yatırmışıq. Əlbəttə ki, regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının tikintisinə başlanılıb. Ermənistan sərhədinə doğru magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Qeyd etdiyim kimi, bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və bu baxımdan ayrı-seçkilik olmamalıdır. Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək. Bizim istədiyimiz budur".

Çindən daha bir UĞUR: hiper səsli sərnişin təyyarələri gəlir like
  • 18 İyl 21:56  
Dünya Çindən daha bir UĞUR: hiper səsli sərnişin təyyarələri gəlir

Çin özünün hiper səsli sərnişin təyyarələrini yaratmaq niyyətindədir

arrow Ətraflı
Kardioloqdan ürək xəstələrinə XƏBƏRDARLIQ: 12:00dan 16:00a qədər... like
  • 18 İyl 21:47  
Digərləri Kardioloqdan ürək xəstələrinə XƏBƏRDARLIQ: 12:00dan 16:00a qədər...

Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydə

arrow Ətraflı
Qəhvə koronavirus riskini azaldır  Alimlərin ARAŞDIRMASI like
  • 18 İyl 21:36  
Digərləri Qəhvə koronavirus riskini azaldır Alimlərin ARAŞDIRMASI

Yeni bir araşdırma gündəlik qəhvə istehlakının koronavirus xəstəliyi r

arrow Ətraflı
Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq like
  • 18 İyl 21:22  
Siyasət Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq

Əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfind

arrow Ətraflı
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək like
  • 18 İyl 21:12  
Siyasət Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək

Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək.

arrow Ətraflı
Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib like
  • 18 İyl 21:10  
Dünya Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib

İki gündür aramsız yağan leysan səbəbindən Pekində 370-dən çox aviare

arrow Ətraflı
Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq like
  • 18 İyl 21:00  
Dünya Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq

Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayra

arrow Ətraflı