Kardioloqdan ürək xəstələrinə XƏBƏRDARLIQ: 12:00dan 16:00a qədər...


Digərləri 18 İyl 2021 21:47:00 88 0

Kardioloqdan ürək xəstələrinə XƏBƏRDARLIQ: 12:00dan 16:00a qədər...

Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydən əvvəl bu, ürək-damar sistemi xəstəliklərindən, xüsusən də hipertoniyadan əziyyət çəkən insanlara aiddir.

Son.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Darya Volkova "360" televiziya kanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan insanlar dərmanları qəbul etməyə davam etməlidir:

"Dərman qəbul etmələrinə baxmayaraq, təzyiq yüksəlirsə, təcili yardım üçün başqa preparatlar var. Həddindən artıq istidirsə və təzyiq qalxıbsa, sərin və yaxşı havalandırılan bir otağa getmək lazımdır. Hətta sinənizi və ayaqlarınızı soyuq su ilə yuya bilərsiniz. Burnunuzdan dərin nəfəs alın, bunun üçün xüsusi tənəffüs məşqləri də var. Bu, damarların rahatlamasına və təzyiqin azalmasına kömək edir".

Həddən artıq isti havada günvurma riski var. Üstəlik, günvurma zamanı təzyiq yüksəlmir, əksinə, düşür. İnsanda taxikardiya, başgicəllənmə və qusma inkişaf edə bilər. Bu cür simptomlar müşahidə olunursa, təcili olaraq sərinləmək və mümkün qədər çox su içmək lazımdır.

Bundan əlavə, mütəxəssis hipertoniya xəstələrinə yalnız günortaya qədər günəş vannası qəbul etməyi və 12:00-dan 16:00-a qədər kölgədə qalmağı məsləhət görür. İstilərdə bütün insanlar üçün standart olan ümumi profilaktika qaydalarına riayət etməlisiniz.

Gündə ən az 2 litr su içməlisiniz. Açıq havada günəş işığı altında olmaqdan çəkinin. Gündüzlər küçədə kölgəli yerlər seçin və şlyapa taxmağı unutmayın. (publika.az)

Qəhvə koronavirus riskini azaldır  Alimlərin ARAŞDIRMASI like
  • 18 İyl 21:36  
Digərləri Qəhvə koronavirus riskini azaldır Alimlərin ARAŞDIRMASI

Yeni bir araşdırma gündəlik qəhvə istehlakının koronavirus xəstəliyi r

arrow Ətraflı
Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq like
  • 18 İyl 21:22  
Siyasət Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq

Əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfind

arrow Ətraflı
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək like
  • 18 İyl 21:12  
Siyasət Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək

Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək.

arrow Ətraflı
Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib like
  • 18 İyl 21:10  
Dünya Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib

İki gündür aramsız yağan leysan səbəbindən Pekində 370-dən çox aviare

arrow Ətraflı
Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq like
  • 18 İyl 21:00  
Dünya Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq

Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayra

arrow Ətraflı
Bu tarixdə karantin sərtləşdiriləcək  Professordan XƏBƏRDARLIQ like
  • 18 İyl 20:55  
Digərləri Bu tarixdə karantin sərtləşdiriləcək Professordan XƏBƏRDARLIQ

Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur

arrow Ətraflı
Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub  VİDEO like
  • 18 İyl 20:51  
Dünya Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub VİDEO

Aramsız yağan leysan yağışları və çayların məcrasından çıxması Avs

arrow Ətraflı
Müdiri siçovul videosu ilə hədələyib pul istədi  Bakıda like
  • 18 İyl 20:46  
Kriminal Müdiri siçovul videosu ilə hədələyib pul istədi Bakıda

Səbail Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramaza

arrow Ətraflı