Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq


Siyasət 18 İyl 2021 21:22:00 64 0

Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq

Əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında Day.az informasiya agentliyinin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. Həmçinin beynəlxalq media nümayəndələrinin azad olunmuş ərazilərə bir neçə səfər təşkil edilib ki, onlar da dağıntıların miqyasının şahidi olsunlar. Bununla yanaşı, Azərbaycanda akkreditə olunmuş səfirlər və digər diplomatik nümayəndəliklərin rəhbərləri azad olunmuş ərazilərə bir neçə dəfə səfər ediblər. Mənzərə onlar üçün aydın oldu. Oralar yerlə-yeksən edilib və həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonrakı dövrdə törədilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam kimi böyük şəhər bu gün artıq mövcud deyil. Orada bir dənə də olsun salamat bina yoxdur. Füzuli kimi şəhər mövcud deyil və biz onu azad edəndə orada bayrağımızı dalğalandırmaq üçün bir dənə də bina tapa bilmədik. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunub.

Beləliklə, orada görüləcək işlərimiz çoxdur. Biz 10 min kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıyıq. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan - 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. Onlar avtomobillə hərəkət edərkən İkinci Qarabağ müharibəsi dayandıqdan sonra - ermənilərə həmin əraziləri boşaltmaq üçün iki həftə vaxt verildiyi müddətdə orada yeni basdırılan minaya düşüblər.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tuturdular. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı "SCUD", "Toçka-U" və "İsgəndər-M" tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Yəni, bu gün qarşımızda ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Biz bunu edəcəyik. Bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb.

Xarici sərmayələrə gəldikdə, zənnimcə, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir.

Bakı. Trend:

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında Day.az informasiya agentliyinin sualını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib:

Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Hesab edirəm, digər sahə turizm ola bilər, baxmayaraq ki, Ermənistan işğal olunmuş ərazilərdə təbiətimizə böyük ziyan vurub. Bir nümunə qeyd edə bilərəm. Azad olunmuş ərazilərdə meşə massivlərinin sahəsi 230 min hektar olub. Bu gün isə peyk müşahidələrinə əsasən, meşələrin sahəsi 170 min hektardır. Yəni, 60 min hektar meşə məhv edilib. Bizim göl və çaylarımız çirkləndirilib və biz artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik.

Eyni zamanda, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan, çaylarımızı çirkləndirən, təbiətimizə ziyan vuran və təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metalları qanunsuz olaraq talayan xarici şirkətlərə qarşı hüquqi prosedurlara start verilib. Beləliklə, xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Mən ümid edirəm ki, xarici investorlar Azərbaycanda olduqca münbit sərmayə iqlimini nəzərə alacaqlar. Dünya Bankının "Doing Business" hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur. Ümid edirəm ki, xarici şirkətlər bu mövzunu ciddi nəzərdən keçirəcək.

Yeri gəlmişkən, deyə bilərəm ki, artıq Avropadan olan bir şirkət azad edilmiş ərazilərdə 200 meqavat gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı Azərbaycan hökuməti ilə ilkin sənədləri imzalayıb. Bu, yaxşı başlanğıcdır və əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır.

Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək like
  • 18 İyl 21:12  
Siyasət Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək

Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək.

arrow Ətraflı
Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib like
  • 18 İyl 21:10  
Dünya Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib

İki gündür aramsız yağan leysan səbəbindən Pekində 370-dən çox aviare

arrow Ətraflı
Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq like
  • 18 İyl 21:00  
Dünya Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq

Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayra

arrow Ətraflı
Bu tarixdə karantin sərtləşdiriləcək  Professordan XƏBƏRDARLIQ like
  • 18 İyl 20:55  
Digərləri Bu tarixdə karantin sərtləşdiriləcək Professordan XƏBƏRDARLIQ

Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur

arrow Ətraflı
Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub  VİDEO like
  • 18 İyl 20:51  
Dünya Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub VİDEO

Aramsız yağan leysan yağışları və çayların məcrasından çıxması Avs

arrow Ətraflı
Müdiri siçovul videosu ilə hədələyib pul istədi  Bakıda like
  • 18 İyl 20:46  
Kriminal Müdiri siçovul videosu ilə hədələyib pul istədi Bakıda

Səbail Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramaza

arrow Ətraflı
İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır like
  • 18 İyl 20:32  
Dünya İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır

İspaniyada məzuniyyətlər mövsümünün başlanması COVID-19-a yoluxma hall

arrow Ətraflı
Şirvanda “patı”və “şüşə” satanlar saxlanılıb like
  • 18 İyl 20:27  
Kriminal Şirvanda “patı”və “şüşə” satanlar saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Amerika nəşrinə görə Vyana şəhəri “Havanna sindromu“nun yeni ocağına çevrilib like
  • 18 İyl 20:22  
Dünya Amerika nəşrinə görə Vyana şəhəri “Havanna sindromu“nun yeni ocağına çevrilib

ABŞ-ın "The New Yorker" nəşrinin iddialarına görə, Avstriya pay

arrow Ətraflı
Bakıda mənzildən kişi meyiti tapılıb like
  • 18 İyl 20:17  
Digərləri Bakıda mənzildən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Beyləqanda anbar yanıb like
  • 18 İyl 20:12  
Digərləri Beyləqanda anbar yanıb

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmə

arrow Ətraflı