İnternet sürətində YENİ REKORD


Dünya 18 İyl 2021 20:37:00 137 0

İnternet sürətində YENİ REKORD

Yaponiyada saniyədə 319 terabit məlumat ötürülüb. Bununla da dünyada internet sürətində yeni rekord qırılıb.

Son.az xəbər verir ki, Yaponiya İnformasiya və Rabitə Texnologiyaları Milli İnstitutu (NİCT) bununla bağlı açıqlama yayıb.

Qeyd edilib ki, yeni rekorda erbiyum və tulyum elementləriylə gücləndirilmiş lif yüksəldicilərin mənimsənməsiylə çatılıb.

3 min kilometr uzunluğunda döşənilən lif kabellərlə gələn internet sürətinin bu gün istifadə edilən kabel infrastrukturuyla da mümkünlüyü bildirilib.