Beyləqanda anbar yanıb


Digərləri 18 İyl 2021 20:12:00 148 0

Beyləqanda anbar yanıb

Beyləqan rayonunun Dünyamalılar kəndində ümumi sahəsi 578 m² olan birmərtəbəli anbarın (hazırda fəaliyyət göstərməyən) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.