Prezident İlham Əliyev: İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır


Siyasət 18 İyl 2021 19:49:00 76 0

Prezident İlham Əliyev: İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır

İndi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq. Bu gün biz cənab Prezidentlə planlarımızı, təşəbbüslərimizi və yeni yaranmış vəziyyətə yanaşmalarımızı geniş şəkildə müzakirə etdik. Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq.

Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq".

Prezident İlham Əliyev: Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir like
  • 18 İyl 19:42  
Siyasət Prezident İlham Əliyev: Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsi

arrow Ətraflı
Avstriya hökuməti pandemiya ilə əlaqədar yenidən bir sıra məhdudiyyətlər tətbiq edəcək like
  • 18 İyl 19:25  
Dünya Avstriya hökuməti pandemiya ilə əlaqədar yenidən bir sıra məhdudiyyətlər tətbiq edəcək

Avstriya hökuməti ölkədə koronavirusa yoluxma hallarını, xüsusilə də k

arrow Ətraflı
Sabir kanalında batan azyaşlının meyiti tapılıb like
  • 18 İyl 19:20  
Digərləri Sabir kanalında batan azyaşlının meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Banqladeşdə iki avtobus toqquşub, ölənlər və yaralananlar var like
  • 18 İyl 19:11  
Dünya Banqladeşdə iki avtobus toqquşub, ölənlər və yaralananlar var

Banqladeşin Ranqpur rayonunda iki sərnişin avtobusu toqquşub.

arrow Ətraflı
Xalq artistinin bu geyimi müzakirələrə səbəb oldu  VİDEO like
  • 18 İyl 18:57  
Şou-biznes Xalq artistinin bu geyimi müzakirələrə səbəb oldu VİDEO

Xalq artisti Tünzalə Ağayeva yeni imici ilə gündəmə gəlib.

arrow Ətraflı
ÇAKÇAK şirniyyatı like
  • 18 İyl 18:51  
Digərləri ÇAKÇAK şirniyyatı

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Nüşabə Ələsgərli qızına toy edəcək like
  • 18 İyl 18:39  
Şou-biznes Nüşabə Ələsgərli qızına toy edəcək

Əməkdar artist Nüşabə Ələsgərli qızı Nigara toy edəcək.

arrow Ətraflı
COVID19dan neçə ay sonra saç tökülməsi dayanır? like
  • 18 İyl 18:27  
Digərləri COVID19dan neçə ay sonra saç tökülməsi dayanır?

Dermatoloq, trixoloq İrina Kotovanın sözlərinə görə, koronavirusdan sonra

arrow Ətraflı