Prezident İlham Əliyev: Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır


Siyasət 18 İyl 2021 19:37:00 62 0

Prezident İlham Əliyev: Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır

Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün mən Prezident Şarl Mişeli qəbul etməyə çox şadam. Biz əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq. Düşünürəm ki, Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır".

Avstriya hökuməti pandemiya ilə əlaqədar yenidən bir sıra məhdudiyyətlər tətbiq edəcək like
  • 18 İyl 19:25  
Dünya Avstriya hökuməti pandemiya ilə əlaqədar yenidən bir sıra məhdudiyyətlər tətbiq edəcək

Avstriya hökuməti ölkədə koronavirusa yoluxma hallarını, xüsusilə də k

arrow Ətraflı
Sabir kanalında batan azyaşlının meyiti tapılıb like
  • 18 İyl 19:20  
Digərləri Sabir kanalında batan azyaşlının meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Banqladeşdə iki avtobus toqquşub, ölənlər və yaralananlar var like
  • 18 İyl 19:11  
Dünya Banqladeşdə iki avtobus toqquşub, ölənlər və yaralananlar var

Banqladeşin Ranqpur rayonunda iki sərnişin avtobusu toqquşub.

arrow Ətraflı
Xalq artistinin bu geyimi müzakirələrə səbəb oldu  VİDEO like
  • 18 İyl 18:57  
Şou-biznes Xalq artistinin bu geyimi müzakirələrə səbəb oldu VİDEO

Xalq artisti Tünzalə Ağayeva yeni imici ilə gündəmə gəlib.

arrow Ətraflı
ÇAKÇAK şirniyyatı like
  • 18 İyl 18:51  
Digərləri ÇAKÇAK şirniyyatı

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Nüşabə Ələsgərli qızına toy edəcək like
  • 18 İyl 18:39  
Şou-biznes Nüşabə Ələsgərli qızına toy edəcək

Əməkdar artist Nüşabə Ələsgərli qızı Nigara toy edəcək.

arrow Ətraflı
COVID19dan neçə ay sonra saç tökülməsi dayanır? like
  • 18 İyl 18:27  
Digərləri COVID19dan neçə ay sonra saç tökülməsi dayanır?

Dermatoloq, trixoloq İrina Kotovanın sözlərinə görə, koronavirusdan sonra

arrow Ətraflı
Vilayət Eyvazovdan yeni təyinat like
  • 18 İyl 18:21  
Digərləri Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

arrow Ətraflı
Şarl Mişelin Azərbaycana səfəri başa çatıb like
  • 18 İyl 18:20  
Siyasət Şarl Mişelin Azərbaycana səfəri başa çatıb

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbay

arrow Ətraflı
Özünü polis kimi göstərib, direktoru şantaj edən reket jurnalist tutuldu like
  • 18 İyl 18:15  
Digərləri Özünü polis kimi göstərib, direktoru şantaj edən reket jurnalist tutuldu

"Qaynarxətt.az" Media İnformasiya Agentliyinin direktor müavini və

arrow Ətraflı