Qazaxıstandan həyəcan Koronavirus uşaqlar arasında sürətlə yayılır


Dünya 18 İyl 2021 19:07:00 164 0

Qazaxıstandan həyəcan  Koronavirus uşaqlar arasında sürətlə yayılır

Qazaxıstanda uşaqlar arasında COVID-19-a yoluxma halları artmaqdadır.

"Sputnik Qazaxıstan" bu barədə tibb elmləri doktoru, yüksək kateqoriyalı pediatr Sagira Abdraxmanovanın açıqlamasına istinadla xəbər yayıb.

"Bu gün çox həyəcanverici bir vəziyyət yaranıb. Dünyada uşaqlar arasında xəstəliyə yoluxma nisbəti yüksəkdir və təəssüf ki, biz də geri qalmırıq. Təkcə bu gün təxminən 38 min uşaq qeydiyyata alındı", - deyə o bildirib.

Eyni zamanda, Abdraxmanova qeyd edib ki, 2021-ci ilin əvvəlindən 31 572 uşaqda COVID-19 aşkarlanıb.

"Məhz son bir ayda çox sayda uşaq xəstələnməyə başladı", - deyə o, uşaqların təxminən 50 %-nin xəstəliyi simptomsuz keçirdiyini vurğulayıb.