Sükan arxasında yuxulayan sürücü qəza törətdi FOTO


Digərləri 18 İyl 2021 18:09:00 121 0

Sükan arxasında yuxulayan sürücü qəza törətdi  FOTO

Sükan arxasında yuxulayan sürücü qəza törədib.

Son.az APA-ya istinadən bildirir ki, qəza Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində, magistralın Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 50 CT 914 dövlət nömrə nişanlı "VAZ 2102" markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayaraq nəqliyyat vasitəsini yol nişanına çırpıb. Qəza nəticəsində avtomobil yarasız hala düşüb, sürücü üz nahiyəsindən xəsarət alıb.

Maşında sürücüdən başqa oğlu da olub. Onun müdaxiləsi sayəsində sürücü ağır qəzadan qaça bilib.

Faktla bağlı araşdırma aparılır.