28 yaşlı oğlanı ilan sancdı


Digərləri 18 İyl 2021 17:51:00 158 0

28 yaşlı oğlanı ilan sancdı

Samux rayonunda 28 yaşlı oğlanı ilan sancıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Seymur Əliyev ilan vurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə zəhər əleyhinə zərdab vurulub. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 28 yaşlı kişini təsərrüfatda işləyən zaman ilan vurub.