OPEK+ ölkələri neft hasilatı üzrə razılaşmanı 2022ci ilin sonuna qədər uzatdılar


Digərləri 18 İyl 2021 15:47:00 173 0

OPEK+ ölkələri neft hasilatı üzrə razılaşmanı 2022ci ilin sonuna qədər uzatdılar

OPEK+ ölkələrinin nazirlər bu gün keçirilən iclasda neft hasilatı üzrə razılaşmanın 2022-ci ilin sonuna qədər uzadılmasına dair razılıq əldə ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TASS"a danışıqlarda iştirak edən mənbə bildirib.

Mənbənin sözlərinə görə, bəzi ölkələr üçün baza hasilat səviyyəsi artırılıb: Rusiya və Səudiyyə Ərəbistanı üçün 0,5 milyon barrel/sutka, BƏƏ üçün 3,17 milyon b/s-dən 3,5 milyon b/s-yədək, Küveyt və İraq üçün isə 150 min b/s artırılıb.

Mənbə bildirib ki, nazirlər həmçinin avqust ayından etibarən neft hasilatının bərpasını davam etdirməyə və 2021-ci ilin sonuna qədər bazara 2 milyon barel/sutka qaytarmağa razılaşıblar.