Ermənistanda koronavirusdan ölənlərin sayı 4 566 nəfərə çatıb


Dünya 18 İyl 2021 15:27:00 132 0

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 566 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 132 yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 227 430 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 7 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 566 nəfərə çatıb.