“Şuşaya gedəcəyəm” Sinan Akçıl


Şou-biznes 18 İyl 2021 15:20:00 147 0

“Şuşaya gedəcəyəm”  Sinan Akçıl

Türkiyənin məşhur müğənnisi Sinan Akçıl Şuşaya səfər edəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Haber Global" telekanalına müsahibəsində bildirib.

"Bu yaxınlarda Azərbaycanın İstanbuldakı Konsulluğunda görüşüm oldu. Hər şey planlaşdırılır, sözdə qalmayacaq. İnşallah Səidə ilə bərabər (azərbaycanlı ifaçı Səidə Quliyeva-red.) Şuşaya gedib "Daim yaşa Azərbaycan"ı oxuyacağam", - S. Akçıl deyib.  

Türkiyəli ifaçı ölkəmizi və azərbaycanlıları çox sevdiyini bir daha dilə gətirib.