Məşhur aktyor kosmosa uçmaq istəyir


Şou-biznes 18 İyl 2021 14:54:00 195 0

Məşhur aktyor kosmosa uçmaq istəyir

Həmkarı Mila Kunislə evli olan aktyor Eşton Katçer kosmosa uçmağı planlaşdırdığını, ancaq gedə bilmədiyini açıqlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, 43 yaşlı aktyor Riçard Bransonun "Virgin Galactic" şirkəti ilə planlaşdırdığı bu səyahətə həyat yoldaşının mane olduğunu bildirib. Kunis övladları olduğunu ona xatırladaraq bu səyahətə əngəl olub.

Katçer aldığı qərarın ağıllı olmadığının fərqinə vardığını söyləyib:

"Biletim vardı, amma sonra onu satmalı oldum. Kosmosa getmək ailəm üçün ağıllı qərar deyildi. Nəticədə azyaşlı övladlarım var".

Bütün bunlara baxmayaraq aktyor ömrünün bir mərhələsində kosmosa səyahət edəcəyini vurğulayıb.