Gürcüstanda dünən 13 nəfər koronavirusdan ölüb


Dünya 18 İyl 2021 13:11:00 150 0

Gürcüstanda dünən 13 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1286 yoluxma halı qeydə alınıb, 13 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 387 481, ölənlərin sayı isə 5 551 nəfərə çatıb.

Virusa yoluxanlardan 365 019 nəfərin sağaldığı bildirilir.