Britaniyanın səhiyyə naziri koronavirusa yoluxdu
Dünya 18 İyl 2021 13:29:00 158 0
Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə S.Cavid özünün "Twitter" səhifəsində yazıb.
Səhiyyə naziri bildirib: "Bu gün səhər məndə koronavirus aşkar olunub. Mən təkrar PCR testin nəticələrini gözləyirəm, lakin xoşbəxtlikdən mən peyvənd olunmuşam və simptomlar yüngüldür. Zəhmət olmasa, peyvənd olunmaq üçün müraciət etməyi unutmayın".
Qeyd edək ki, Sacid Cavid martın 17-i "AstraZeneca" vaksininin birinci dozası, mayın 16-sı isə ikinci dozası ilə peyvənd olunub.
Mənbə: milli.az