Daha bir ölkədə peyvənd məcburi oldu


Dünya 18 İyl 2021 13:17:00 152 0

Daha bir ölkədə peyvənd məcburi oldu

Özbəkistanda koronavirusa qarşı peyvənd dövlət qurumları və xidmət sektoru işçiləri üçün məcburi olub.

Son.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Koronavirus Əleyhinə Komissiyası qərar verib.

Qərara əsasən, peyvəndin ilk dozası1 sentyabr, ikinci dozası 1 oktyabr, üçüncü dozası 1 noyabr tarixinə qədər məcburi vurulmalıdır.

Komissiya həmçinin ölkədə keçiriləcək ali məktəblərə qəbul imtahanlarının açıq havada keçirilməsinə qərar verib.