"Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər"


Şou-biznes 18 İyl 2021 12:11:00 165 0

"Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər"

Müğənni Hande Yener bir ildir gizli saxladığı xəstəliyindən danışıb.

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni bir il əvvəl ondakı dəyişikliyin süd vəzi xərçəngindən irəli gəldiyini açıqlayıb:

"Özümü yoxlayanda şübhələndim, xəstəxanaya getdim. Mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Öləcəyimi düşündüm. Erkən diaqnozun həyat qurtardığını onda öyrəndim. 

Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər. Həkimimlə danışdıqdan sonra motivasiyam dəyişdi. Bir an gəldi və təslim oldum, Allaha qovuşuram deyə, təsəlli tapdım".

Hande 7 saat əməliyyat keçirdiyini və xərçəngə qalib gəldiyini vurğulayıb.