İlahiyyatçı qurban kəsilməsi qadağan edilən heyvanlardan danışdı


Digərləri 18 İyl 2021 12:05:00 131 0

İlahiyyatçı qurban kəsilməsi qadağan edilən heyvanlardan danışdı

Qurban verməyin tarixi çox qədimdir. Qurban bayramı islamdan öncə də qeyd edilən, daha dəqiq desək, insanlıq tarixi ilə başlayan bir bayramdır.

Bu sözləri axar.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli qarşıdan gələn Qurban bayramı haqqında deyib.

Onun sözlərinə görə, qurban vermək ilk insanlar olan Həzrəti Adəm və Həvvadan bəri mövcud olan bir əməldir:

"Dini mənbələrdə də bu bayram haqqında Adəm Peyğəmbərin iki oğlu - Habil və Qabilin arasındakı çəkişmə qeyd edilir və qurbanın Allaha yaxınlığın göstəricisi olduğu vurğulanır. Yəni bu bayramın kökləri Adəm Peyğəmbərə qədər gedib çıxır, lakin Qurban bayramı əsasən Hz. İbrahim və onun oğlu İsmayıl ilə bağlıdır. Təsadüfi deyil ki, Qurban bayramının digər adı da "İsmayıl qurbanı"dır".

İlahiyyatçının sözlərinə görə, qurban kəsiləcək heyvan kök, iri, sağlam, bir sözlə, qurbanlığa layiq olmalıdır:

"Qurban kəsmək əsasən zəngin adamlara həvalə edilib. Zəngin adamların bu ibadəti yerinə yetirməsi vacibdir. Bu bayramın əsas hədəfi heyvan kəsib ətindən istifadə etmək deyil. Bu bayramın fəlsəfəsi, mənası ondan ibarətdir ki, imkanlı insanlar qurban kəsib imkansızlarla bölüşsün. Beləcə kasıb insanlar da bu bayramın fəzilətindən yararlana bilsin.

Təbii ki, qurban tək və ya müştərək formada kəsilə bilər. Tək kəsiləcək heyvan qoyun və keçi, müştərək kəsiləcək heyvan isə dəvə, camış, dana ola bilər. Bir qurban yeddi nəfərə qədər müştərək kəsilə bilər. Peyğəmbərimiz kəsdiyi qurbanı iki nəfər adına kəsərmiş: Bir ümməti adına, bir də əhli beyti.